Xəbərlər

Orban: Aİ Rusiyaya qarşı qabaqlayıcı zərbə endirmək istəyir

“Avropa İttifaqı (Aİ) liderləri Rusiyaya qarşı mübarizəni əsas məqsədlərindən biri hesab edir və Ukraynada müharibəni davam etdirməklə ona qabaqlayıcı zərbə vurmaq istəyirlər”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Aİ-nin hazırkı rəhbərliyi özünün əsas vəzifəsi olan icma ölkələrinin rifahını gücləndirməkdənsə, onu Rusiyaya qarşı mübarizə ilə əvəz etməyə çalışır. Onların əsas məqsədi Şərqdə Rusiyaya qarşı mübarizə aparmaqdır. Brüsselin hərbi təbliğatına görə, Rusiya Aİ ölkələrinə və hətta NATO-ya hücum edə bilər və yalnız qabaqlayıcı zərbə onu dayandıra bilər”, – Orban əlavə edib.