“Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları bütün Avropa ölkələrinə ciddi zərər vurur, təkcə Macarıstan təxminən 19 milyard avro dəyərində vəsait itirib”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Aİ yanvarın 31-dək Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları daha 6 ay uzadıb-uzatmayacağına dair qərar qəbul etməlidir. Aİ icma ölkələrinə ziyan vuran sanksiyalar siyasətinə riayət edib-etməməli olduğunu bir daha diqqətlə müzakirə etməlidir”, – Orban qeyd edib.