“Macarıstan hökuməti ABŞ prezidenti Donald Trampla razılığa gələ biləcək, lakin Avropa İttifaqının (Aİ) rəhbərliyi çətin anlar yaşayacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu fikri Macarıstanın Baş naziri Viktor Orban bildirib.
O qeyd edib ki, Amerika prezidenti hakimiyyətdə olduğu iki həftə ərzində artıq “bütün dünyanı alt-üst edib”.
“Avropa İttifaqını çətin aylar gözləyir. Brüsseldəki bürokratlar çətin anlar yaşayacaq. ABŞ-la iqtisadi əlaqələrimizi qorumaq üçün razılığa, sövdələşməyə nail olmalıyıq”, – hökumət başçısı əlavə edib.
Orbanın sözlərinə görə, Macarıstan hökuməti “Trampın prezident vəzifəsinə qayıdacağını bilirdi və buna hazır idi”: “Biz davamlı olaraq danışıqlar aparırıq və ABŞ-ın yeni administrasiyası ilə yaxşı müqavilə bağlayacağıq”.