Xəbərlər

Orban: Macarıstan Ukraynadakı münaqişəyə müdaxilə etməyəcək

Macarıstan Ukraynadakı münaqişəyə nə Kiyevin, nə də Moskvanın xeyrinə qarışacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin baş naziri Viktor Orban “Kossuth” radiosuna müsahibəsində bildirib.

“Nə qədər ki, milli hökumət var, Macarıstan Ukraynadakı münaqişəyə heç kimin tərəfindən qarışmayacaq”, – Orban qeyd edib.

Orbanın fikrincə, Ukraynaya qoşun göndərmək niyyəti də daxil olmaqla, münaqişənin birinci mərhələsi başa çatıb. Macarıstan baş nazirinin sözlərinə görə, indi NATO ölkələri birgə missiya göndərməyi müzakirə edəcəklər. Orban həmçinin hərbi əməliyyatların tezliklə dayandırılması və sülh danışıqlarının başlanmasına ümid etdiyini bildirib.