Xəbərlər

Orban: Milad bayramında Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi mümkündür

“Rusiya Milad bayramında Ukrayna ilə məhbus mübadiləsinə razılaşdı, Ukrayna isə bundan imtina etdi, lakin hələ də ümid var”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.

“Macarıstan öz təşəbbüsünü diplomatik kanallar vasitəsilə Ukraynanın diqqətinə çatdırdı, lakin Ukrayna prezidenti Volodimir Zelenski bu təklifi rədd etdi. Elə həmin gün bundan məyus olduğumu açıq şəkildə bildirdim. Bir tərəf razılaşdı, digər tərəf isə imtina etdi, lakin ehtimal hələ də qalır. Münaqişə tərəfləri arasında kütləvi məhbus mübadiləsi yüzlərlə və ya minlərlə insanı xoşbəxt edə bilər”, – Orban əlavə edib.