Xəbərlər

Orban: Qərbi Avropa Trampa nifrət edir

“ABŞ Rusiya ilə danışıqları davam etdirir və Ukrayna nizamlanması üçün sülh planı hazırlayır, lakin Qərbi Avropa ABŞ prezidenti Donald Trampa nifrət edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban çıxışı zamanı bildirib.

“Qərbi avropalılar hərbi plan hazırlayıblar. Onlar hazırlıq görürlər ki, Avropa Ukrayna ordusunu saxlamaq üçün çoxlu pul xərcləsin və uzunmüddətli perspektivdə böyük müharibə aparılsın”, – hökumət başçısı bildirib.