Xəbərlər

Orban Trampın USAID-in fəaliyyətini dayandırmaq qərarını alqışlayıb

Macarıstanın Baş naziri Viktor Orban ABŞ prezidenti Donald Tramp administrasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırmaq qərarını alqışlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Baş nazir özü bildirib.

“USAID Brüsseldəki “Politico” qəzetini və əvvəlki ABŞ administrasiyası dövründə Macarıstanda faktiki olaraq bütün solçu medianı maliyyələşdirib. Və onlar məni “ilin qanunsuzu” adlandırdılar. Düşünürəm ki, dünya bu “qaranlıq yanaşmaları” üzə çıxarıb dayandırdığına görə Trampa minnətdar olmalıdır”, – Orban qeyd edib.