Xəbərlər

Orban Trampla görüşüb

Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dəvəti ilə ABŞ-a səfər edib və onunla Floridadakı Mar-a-Laqo malikanəsində görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Qeyd edək ki, görüşdə həmçinin yeni Amerika administrasiyasına qoşula biləcək sahibkar İlon Mask, Tramp tərəfindən prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsinə təyin edilmiş Mayk Vals və Macarıstanın xarici işlər naziri Peter Siyarto da iştirak edib.