Xəbərlər

Orban: “Türk axını” qaz kəmərinin təhlükəsizliyi təmin edilməlidir

“Rusiya qazının Avropaya tranzitini davam etdirən “Türk axını” qaz kəmərinin təhlükəsizliyi bütün vasitələrlə təmin edilməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban çıxışında deyib.

“Hər nəyin bahasına olursa-olsun, sözün əsl mənasında deyirəm, nəyin bahasına olursa-olsun, biz Macarıstan iqtisadiyyatını qidalandıran bu yanacaq arteriyasının məhvinin qarşısını almalıyıq”, – Orban qeyd edib.