Xəbərlər

Orban Ukraynanı casusluqda ittiham edib

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanı ölkəsinə qarşı casusluqda, o cümlədən Macarıstan ərazisində kəşfiyyat əməliyyatları aparmaqda ittiham edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Baş nazir jurnalistlərə açıqlamasında bildirib.

“Bəzi şəxslər Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasının lehinə ictimai rəyə təsir etmək üçün müxalifət partiyaları ilə əlaqə yaratmağa çalışırlar. Onlar macarları Ukraynanın Aİ-yə üzvlüyünə dəstək vermələrinin zəruriliyinə inandırmağa çalışırlar. Ukraynanın icmaya qoşulması məsələsi ilə bağlı hazırda Macarıstanda keçirilən referenduma etimadı sarsıtmaq üçün ukraynalılar Macarıstan müxalifətini səfərbər etmək istəyir və dezinformasiya kampaniyaları aparırlar”, – Orban əlavə edib.