Xəbərlər

Ostin Məxfi Əks-Dron Strategiyasını İmzalayıb

ABŞ Müdafiə naziri Lloyd Ostin cümə axşamı pilotsuz sistemlərə qarşı mübarizə üçün məxfi strategiya imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

“Strategiya müxtəlif sahələri, xüsusiyyətləri və vaxt çərçivələrini əhatə edən bu cür sistemlərə qarşı mübarizədə nazirliyin yanaşmasını birləşdirir. Pilotsuz sistemlər ABŞ personalı və obyektləri, habelə xaricdəki aktivlər üçün təhlükə yaradır. Ən ciddi təhlükə pilotsuz uçuş aparatlarından (PUA) istifadə ilə bağlıdır”, – məlumatda bildirilib.