Azərbaycan vətəndaşı olan 17 nəfər mayın 6-da Almaniyadan geri qəbul edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, proses “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində baş tutub.