Xəbərlər

Oxfam: Dünya İsrailə təzyiq göstərməlidir

“İsrailin Qəzzaya yardım çatdırılmasını dayandırmaq qərarı kollektiv cəza aktıdır və beynəlxalq ictimaiyyət bölgəyə humanitar yardımların çatdırılmasını bərpa etməsi üçün dərhal İsrailə təzyiq göstərməlidir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Oxfam” beynəlxalq xeyriyyə və humanitar təşkilatı məlumat yayıb.

“Humanitar yardım münaqişə tərəflərinə təzyiq göstərmək üçün sövdələşmə predmeti deyil, təhlükəli şəraitdə yaşayan mülki şəxslərin əsas hüququdur. Qəzza xalqının hər şeyə ehtiyacı var: içməli su, qida, gigiyena məhsulları və ilkin ehtiyaclar, eləcə də su və elektrik təchizatının bərpası üçün lazım olan avadanlıqlar”, – məlumatda bildirilib.