Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə iyulun 2-də ölkəmizə dövlət səfərinə yola düşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Özbəkistan KİV-i məlumat yayıb.
Səfər proqramına əsasən, Bakıda Ali Dövlətlərarası Şuranın ikinci sessiyası və digər yüksək səviyyəli tədbirlər keçiriləcək. Özbəkistan və Azərbaycan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi məsələlərinə baxılacaq.
Verilən məlumata görə, Özbəkistan prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçiriləcək növbəti sammitində də iştirak etməsi nəzərdə tutulur.