“Özbəkistan prezidenti Şavkat Mirziyoyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə dekabrın 25-26-da keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitlərində iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfər edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
“Ölkəmizin rəhbəri Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə və Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasının tədbirlərində müşahidəçi statusunda iştirak edəcək”, – məlumatda bildirilib.