Xəbərlər

Özbəkistan XİN vətəndaşlarına qarşı kobudluğa görə Rusiyaya nota verib

Özbəkistan Xarici İşlər Nazirliyi Rusiyada Özbəkistan vətəndaşlarına qarşı aparılan axtarışlara və polisin pis rəftarına görə nota verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə iyunun 10-da nazirliyin mətbuat katibi Axror Burxanov deyib.

“Biz Rusiya Federasiyasının ərazisində bəzi hallarda Özbəkistan vətəndaşlarına qarşı icazəsiz axtarışlar, hörmətsizlik və kobud rəftar barədə xəbərləri narahatlıqla qeyd etdik. Belə halların ölkələrimiz arasındakı dostluq münasibətlərinə uyğun gəlmədiyinə və bu kimi hadisələrin qarşısının alınması üçün konkret tədbirlərin görülməsinə ehtiyac olduğuna diqqət çəkdik”, – o, teleqram kanalında yazıb.

Qeyd edilib ki, nota Özbəkistan Xarici İşlər Nazirliyində Rusiya tərəfi ilə keçirilən görüşdə verilib. Özbəkistanın Moskvadakı səfirliyi məsələyə aydınlıq gətirilməsi üçün notanı Rusiya Xarici İşlər Nazirliyinə çatıdırıb.