Pakistanın Bəlucistan əyalətində mədən işçilərini daşıyan yük maşınında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 6 nəfər yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Bəlucistanın Baş naziri Sarfraz Buqti bildirib.
“Günahsız vətəndaşları hədəfə alan terrorçular bağışlanmağa layiq deyillər. Bu hadisədə iştirak edən terrorçular ən qısa zamanda məhkəmə qarşısına çıxarılacaq”, – o qeyd edib.