Xəbərlər

Paşinyan: Ermənistanda hakimiyyəti ələ keçirmək planı iflasa uğradıldı

“Hüquq-mühafizə orqanları ölkədə hakimiyyətin ələ keçirilməsinə cəhdin qarşısını alıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları “kriminal oliqarx ruhanilərin” Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək üçün həyata keçirdiyi irimiqyaslı və bədnam planın qarşısını aldılar”, – o, teleqram kanalında İstintaq Komitəsinin bəyanatını dərc edərək yazıb.

Hazırda təhlükəsizlik qüvvələri “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın evində axtarış aparır. O və tərəfdarları hakimiyyəti ələ keçirmək məqsədi ilə terror aktları hazırlamaqda ittiham olunur.