Xəbərlər

Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək

“Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək, çünki Böyük Vətən Müharibəsində qazanılan qələbə həm də erməni xalqının qələbəsidir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə məlumat verib.

“Bu, həm də bizim qələbəmizdir, qələbə üçün 300 min erməni həlak olub, çox sayda erməni müttəfiqlərin ordularında vuruşub. Paşinyanın mayın 9-da Moskvaya səfərinin Avropa İttifaqı və ya digər məsələlərlə əlaqəsi yoxdur”, – o, jurnalistin Brüsselin Ermənistan Nazirlər Kabineti rəhbərinin Rusiyada keçirilən paradda iştirakına necə reaksiya verəcəyi ilə bağlı sualını cavablandırıb.

Paşinyanın Moskva səfəri ilə bağlı razılıq onun Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı nəticəsində əldə olunub.