Xəbərlər

Paşinyan və Putin ikitərəfli məsələləri müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər ikitərəfli məsələləri və Avrasiya İqtisadi İttifaqının (Aİİ) gündəliyini müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Həmsöhbətlər Ermənistan Respublikasının Avrasiya İqtisadi İttifaqında (Aİİ) sədrliyinin yekunlarını, Aİİ çərçivəsində qarşıda duran məsələləri, eləcə də Ermənistan-Rusiya münasibətlərinin ikitərəfli gündəliyinə dair bir sıra məsələləri müzakirə ediblər”, – məlumatda bildirilib.