Xəbərlər

Pekində Çin-Rusiya-İran görüşü keçiriləcək

Martın 14-də Çin hakimiyyəti İranın nüvə problemi ilə bağlı Çin, Rusiya və İranın iştirakı ilə üçtərəfli görüş keçirəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq bildirib.

“Martın 14-də Pekində Çin, Rusiya və İranın iştirakı ilə İranın nüvə problemiylə bağlı iclas keçiriləcək. İclasa Çinin xarici işlər nazirinin müavini sədrlik edəcək”, – o qeyd edib.