Xəbərlər

Pekində İranın nüvə problemi ilə bağlı iclas başlayıb

Pekində Çinin xarici işlər nazirinin müavinin sədrliyi ilə Çin, Rusiya və İran arasında İranın nüvə problemi ilə bağlı iclas başlayıb.

“Füyuzat”ın məlumatına görə, tədbirdə Rusiya tərəfini xarici işlər nazirinin müavini Sergey Ryabkov, Tehranı isə xarici işlər nazirinin müavini Kazım Qəribabadi təmsil edib.

Verilən məlumata görə, iclasda nüvə problemindən əlavə, tərəflərin İslam Respublikasına qarşı Qərb sanksiyalarının ləğvi yolları, Tehran, Moskva və Pekin arasında BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın müzakirə eddiləcəyi gözlənir.