ABŞ Silahlı Qüvvələri saxlanılan 5 mindən çox qanunsuz miqrantın deportasiyası üçün hərbi təyyarələr vermək niyyətindədir.
“Füyuzat”ın məlumatına görə, bu barədə müdafiə naziri vəzifəsini icra edən Robert Salessesin bəyanatında deyilir.
“Pentaqon Gömrük və Sərhəd Mühafizəsi tərəfindən San Dieqo, Kaliforniya, Texas ştatlarında saxlanılan 5000-dən çox qanunsuz miqrant üçün Daxili Təhlükəsizlik Departamentinin deportasiya ilə bağlı uçuşlarına dəstək məqsədilə hərbi təyyarələr verəcək”, – məlumatda bildirilib.