Xəbərlər

Pentaqon əməkdaşı məxfi məlumatları yaymaq istəyərkən həbs edilib

“Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) informasiya texnologiyaları üzrə mütəxəssisi məxfi məlumatları xarici hökumətə ötürməyə cəhd ittihamı ilə həbs edilib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin baş prokuroru kimi fəaliyyət göstərən ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Sənəddə göstərilir ki, 28 yaşlı informasiya texnologiyaları mütəxəssisi Nathan Vilas Latch 2019-cu ildən Müdafiə Kəşfiyyat Agentliyində mülki işçi kimi siyahıya alınıb və məxfi məlumatlara çıxışı var. O, “xarici məmur və ya agentə” məxfi məlumatları ötürməyə cəhd edərkən Virciniyada həbs edilib.

ABŞ Ədliyyə Departamentinin məlumatına görə, xarici kəşfiyyat orqanının Latch ilə əlaqəsi cari ilin mart ayında qurulub. Həmin vaxt Latch anonim şəkildə məlumatları “dost xarici hökumət”in səlahiyyətli orqanlarına təhvil verməyə hazır olduğunu bildirib. O, bunu ABŞ-ın “hazırkı administrasiyasının dəyərləri ilə razılaşmaması” ilə izah edib. Bunun müqabilində Latch vətəndaşlıq və təzminat almaq istəyini ifadə edib.

Latchın mayın 30-da məhkəmə qarşısına çıxacağı gözlənilir.