“Pentaqon hesab edir ki, ABŞ üçün mümkün olan ən ciddi təhlükə onun potensial rəqibləri tərəfindən kosmosa nüvə silahı yerləşdirilməsi olacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq bildirib.
“Bizim üzləşə biləcəyimiz təhdidlər arasında orbitdə nüvə silahının olması ən narahatedici hadisədir. Biz, şübhəsiz ki, belə bir cihazın kosmik imkanlarımıza təhlükə yaratmaması üçün bütün mümkün variantları nəzərdən keçiririk. Mən razıyam ki, bu, kosmik arxitekturamız üçün ən təhlükəli potensial silahdır”, – o əlavə edib.