Perunun şimal sahilləri yüksək dalğalardan təsirləndiyi üçün bölgədəki 80 limanın fəaliyyətinin dayandırıldığı bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
Dalğalar nəticəsində Piura bölgəsində bir çox balıqçı qayıqları dalğalar tərəfindən sürüklənib, bəziləri isə batıb.
Verilən məlumata görə, hadisələr nəticəsində can itkisi qeydə alınmayıb.