Xəbərlər

Peskov: İranın nüvə silahı əldə etmək planı yoxdur

“Rusiya İran tərəfinin respublikanın nüvə silahına malik olmaq planının olmadığına dair rəsmi bəyanatlarından çıxış edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib.

“Biz ilk növbədə İran tərəfinin belə planların olmadığı, İranın nüvə silahına sahib olmaq istəmədiyi və ona sahib olmaq planlarının olmadığı barədə rəsmi bəyanatlarından çıxış edirik”, – o qeyd edib.