Xəbərlər

Peskov: Rusiya ilə Ermənistan arasında münasibətlər kəsilməyib

“Rusiya Ermənistanı dost ölkə hesab edir və onunla münasibətləri hər cür inkişaf etdirməyə hazırdır” .

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz Ermənistan tərəfinin ikitərəfli münasibətlərimizin perspektivlərinə münasibətindən çox razıyıq. Biz onları hər cür inkişaf etdirməyə hazırıq”, – Peskov bildirib.

O həmçinin vurğulayıb ki, Ermənistan Rusiya üçün dost ölkədir:

“Bizim ümumi cəhətlərimiz var. İkitərəfli, tarixi, mədəni və Aİİ kimi mühüm inteqrasiya birliyində birgə iştirak baxımından yaxınıq”.

“Rusiya Federasiyası ilə Ermənistan arasında münasibətlər kəsilməyib və kəsilə bilməz”, – Peskov söyləyib.