Xəbərlər

Pezeşkian: İran qonşuları ilə münasibətlərdə yeni səhifə açmağa hazırdır

“İran qonşuları ilə münasibətlərdə yeni səhifə açmağa hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

“Qonşuluq siyasəti və regional münasibətlərin inkişafı İran İslam Respublikasının əsas strategiyasıdır. İslam ölkələri arasında həmrəyliyin zəruriliyini nəzərə alaraq və hərtərəfli əməkdaşlığı genişləndirmək məqsədi ilə İran İslam Respublikası Fars Körfəzi Əməkdaşlıq Şurası ilə tam əməkdaşlığa hazırdır və bununla da qonşularla münasibətlərində yeni bir fəsil başlayayacaq”, – Pezeşkian bildirib.

O vurğulayıb ki, Tehran Fars körfəzinin region ölkələri arasında sülh və əməkdaşlıq simvolu olduğuna qəti şəkildə inanır və İranın bu sahədə qonşuları ilə, xüsusən də bu regional qurumla əlaqələrini gücləndirməsi bütün İslam dünyası və region xalqları üçün sülh, qardaşlıq və inkişaf mesajı verir.