Xəbərlər

Pezeşkian Rusiyaya səfər edib

İran prezidenti Məsud Pezeşkian Rusiyaya səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İran liderinin təyyarəsi paytaxtın “Vnukovo-2” hava limanına enib.

Pezeşkianı Rusiyanın energetika naziri Sergey Tsivilev, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi İqor Boqdaşev qarşılayıb.

“Yanvarın 17-də Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian arasında danışıqlar baş tutacaq, liderlər ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini, cari regional və beynəlxalq münasibətləri müzakirə etmək niyyətindədirlər. Danışıqların sonunda prezidentlər Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayacaq, həmçinin mətbuata açıqlamalar verəcəklər”, – məlumatda bildirilib.