Xəbərlər

Pişiklər üzərində aparılan xərçəng tədqiqatları insan müalicəsi üçün ümid verir

Ev pişiklərində xərçəngin ilk ətraflı genetik xəritəsi ilə xəstəliyin insan versiyası arasında heyrətamiz oxşarlıqlar aşkar edilib. Bu inkişaf hər iki növdə xərçəngin müalicəsi üçün yeni metodlar tapmağa kömək edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “BBC” məlumat yayıb.

Alimlər təxminən 500 ev pişiyinin şiş DNT-sini təhlil edərək xəstəliklə əlaqəli əsas genetik mutasiyaları aşkar ediblər. Aparıcı tədqiqatçı Dr. Louise Van der Vayden, pişik xərçəngi genetikasının indiyə qədər tam bir sirr olduğunu bildirib və əlavə edib ki, bu xərçəng növünü anlamaq hər kəsə fayda verəcək.