Xəbərlər

Pistorius: Almaniya NATO-ya töhfələrini artırmağa razıdır

“Almaniya NATO ölkələrinin müdafiə xərclərinin artırılmasının tərəfdarıdır, lakin ABŞ prezidentinin töhfələrin ölkələrin Ümumi Daxili Məhsulunun (ÜDM) 5%-i qədərində artırılması təklifini yersiz hesab edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius müsahibəsində deyib.

“ABŞ özü ÜDM-in 5%-dən çox töhfə vermək məsələsindən çox uzaqdır, görünür, onlar bu səviyyədən 1,8% geri qalırlar. Trampın sözlərinə görə, ÜDM-in 2%-i müdafiə üçün kifayət etmir. Ancaq biz düşünürük ki, Silahlı Qüvvələrimiz bizi Rusiyanın işğalından qoruya və ya çəkindirici rol oynaya bilər”, – nazir qeyd edib.