Planetin ən yaşlı insanı, braziliyalı rahibə İna Canabarru Lukas 116 yaşında vəfat edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Agency Franse Presse” Braziliyanın Portu-Aleqri şəhərinin Karmelit Bacıları Konqreqasiyasının bəyanatına istinadən məlumat yayıb.
Verilən məlumata görə, o, 1908-ci il iyunun 8-də anadan olub.
Qeyd edək ki, İna Canabarru 2024-cü ilin dekabrında 116 il yaşayan Yaponiya sakini Tomiko İtukanın ölümündən sonra dünyanın ən yaşlı insanı hesab edilirdi.