“Avropa İttifaqı (Aİ) liderləri Macarıstanın etirazlarına görə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas tərəfindən təklif edilən Kiyev üçün yeni 20 milyard avroluq hərbi yardım paketinin hazırlanmasını dayandırmaq qərarına gəliblər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” məlumat yayıb.
Verilən məlumata görə, Aİ ölkələrinin nümayəndələrinə baxılmaq üçün təqdim olunan mətndən Ukraynaya yeni hərbi yardım tədarükü ilə bağlı bənd itib.
Dəyişikliklər Budapeştin icma dövlətlərinin nümayəndələrinin sonuncu görüşü zamanı sənədin əvvəlki variantına veto qoymasından sonra edilib.