ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin işçilərini, Amerika diplomatik missiyalarının sayını əhəmiyyətli dərəcədə azaldacaq, habelə Xarici İşlər Nazirliyinin səlahiyyətlərinin miqyasını daraldacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə cümə axşamı “Politico” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, ABŞ administrasiyasının rəhbəri Dövlət Departamentinin dövlət müqavilələrinin yekunlaşdırılması, ABŞ-ın təhlükəsizliyinin təmin edilməsi, habelə ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün çalışmalara yönəldilməsini təmin etmək niyyətindədir.