“Polşa hakimiyyəti Almaniya və Litva ilə sərhədlərdə müvəqqəti nəzarət tətbiq edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Polşanın Baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclasından əvvəl bildirib.
“Biz Polşa-Almaniya sərhədində və Polşa-Litva sərhədində müvəqqəti sərhəd nəzarətini bərpa etmək qərarına gəldik. Daxili İşlər Nazirliyi (DİN) tərəfindən hazırlanacaq müvafiq əsasnamə iyulun 7-dən qüvvəyə minəcək”, – nazir əlavə edib.