Xəbərlər

Polşa: Ölkədəki hava hücumundan müdafiə sistemləri Ukraynanı müdafiə etməyəcək

“Almaniya və Norveçin tezliklə Polşada müvəqqəti yerləşdirəcəyi “Patriot” və “NASAMS” hava hücumundan müdafiə sistemləri yalnız NATO ölkələrinin hava məkanını qoruyacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış “TVN24” telekanalına müsahibəsində deyib.

“Xeyr, onlar NATO dövlətlərinin hava məkanını qoruyurlar. Ukrayna üzərində raketlərin tutulması təşəbbüsü ilə bağlı alyans hələlik belə bir qərar qəbul etməyib”, – Kosiniyak-Kamış əlavə edib.