Rusiyanın Krakovdakı Baş Konsulluğu öz işini 30 gündən gec olmayaraq başa çatdırmalı olacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Henrika Moşçika-Dendis brifinqdə bildirib.
Qeyd edək ki, mayın 12-də Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Krakovdakı Baş Konsulluğunun bağlanması qərarını elan edib.
Bundan sonra, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Moskva tezliklə Varşavanın qeyri-adekvat addımlarına adekvat cavab verəcək.