Xəbərlər

Polşa: Tramp müdafiə xərclərini artırmaq səylərini qiymətləndirəcək

“Polşa ümid edir ki, ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin onu dinlədiyini və buna görə də müdafiə xərclərini artırmaq qərarına gəldiyini başa düşəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski Yaponiyaya səfəri zamanı deyib.

“Mənim Yaponiyaya mesajım, əslində, ABŞ prezidenti Donald Trampın mesajı ilə eynidir. İstərdik ki, onlar Trampın dediklərini düzgün qiymətəndirsinlər”, – Sikorski həmçinin Yaponiyanın da müdafiəyə diqqət yetirməli olduğunu qeyd edib.