Xəbərlər

Polşada mədən çöküb

Polşanın cənubunda mədən çöküb. Baş verən çökmə nəticəsində 1 şaxtaçı ölüb, 4-ü ağır olmaqla 11 şaxtaçı yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşa Mədən Qrupundan bildirilib.

Verilən məlumata görə, yerin altında qalan 17 şaxtaçını xilas etmək üçün xilasetmə işləri aparılır.

Hadisənin səbəbi hələlik məlum deyil.