Xəbərlər

Putin İranın xarici işlər naziri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Kremldə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Görüş Yaxın Şərqdə eskalasiya fonunda keçirilir. Belə ki, İsrail iyunun 13-dən hər gün İrana zərbələr endirir. Onun əməliyyatının məqsədinin İslam Respublikasının raket və nüvə proqramlarını məhv etmək olduğu bildirilir. İyunun 22-nə keçən gecə ABŞ-ın İranın üç nüvə obyektinə hücumu isə münaqişəni daha da alovlandırıb.