Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səudla telefonla danışıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Kremldən bildirilib.
Verilən məlumata görə, Rusiya prezidenti fevralın 18-də Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə danışıqlar üçün əlverişli şərait yaratdığına görə minnətdarlığını bildirib.
“İki lider Rusiya-Səudiyyə Ərəbistanı əməkdaşlığını, o cümlədən ticarət, investisiya və enerji kimi sahələrdə işbirliyini daha da inkişaf etdirmək istəklərini təsdiqləyiblər. Tərəflər qlobal neft bazarında sabitliyi təmin etmək üçün OPEC+ çərçivəsində sıx əməkdaşlığı davam etdirəcək”, – məlumatda qeyd olunub.