Rusiya prezidenti Vladimir Putin Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefonla danışıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İki ölkə prezidenti Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti və İsrail ilə HƏMAS arasında bu yaxınlarda əldə edilmiş razılaşmanı müzakirə ediblər. Bu kontekstdə Putin Misirin və bir sıra digər ölkələrin razılaşmanın asanlaşdırılması üçün səylərini yüksək qiymətləndirib. Liderlər həmçinin Suriyadakı vəziyyətlə bağlı öz fikirlərini bölüşüb, ölkənin suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməsinin və siyasi əqidəsindən, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların qanuni hüquqlarının təmin edilməsinin vacibliyini vurğulayıblar”, – məlumatda bildirilib.