Xəbər verdiyimiz kimi, uzun illərdir Türkiyədə həbsdə olan PKK terror qruplaşmasının lideri Abdullah Öcalan terrorçulara silahı yerə qoymaq barədə müraciət edib. Təşkilatın Suriya qolu PYD-nin lideri Salih Müslim də Öcalanın çağırışına cavab verib.
“Füyuzat”ın Türkiyə mətbuatına istinadən məlumatına görə, PYD lideri Öcalanın müraciətini dəstəkləyib.
“Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik”, – deyə Müslim qeyd edib.