“Suriya müxalifətinin Qahirə platforması Suriya üçün yeni Konstitusiyanın hazırlanmasında iştirak edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Konstitusiya Komitəsinin və Ali Danışıqlar Komitəsinin üzvü Firas əl-Xalidi TASS-a müsahibəsində deyib.
“Biz BMT-nin Suriyadakı siyasi prosesi tənzimləyən çərçivə olan Qahirə Platformasını Suriya xalqının nümayəndələrindən biri kimi tanıyan 2254 saylı qətnaməsinə uyğun olaraq yeni konstitusiyanın hazırlanmasında iştirak etməliyik, platforma bunu etməyə bilməz”, – o bildirib.