Xəbərlər

Qazaxıstan XİN: Ukraynada istənilən sülh danışıqlarını yüksək qiymətləndiririk

“Qazaxıstan Ukraynada sülhün əldə olunmasına kömək edə biləcək istənilən danışıqları yüksək qiymətləndirir”.

“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan xarici işlər nazirinin birinci müavini Akan Raxmetullin Rusiya və ABŞ prezidentləri arasında təmasları şərh edərkən deyib.

“Bu kontekstdə vəziyyət çox çətindir, biz istənilən danışıqları, bu vəziyyətin həllinə yönəlmiş səyləri yüksək qiymətləndiririk, ona görə də ümid edək ki, diplomatik, siyasi, sülh yolu ilə həll tapılacaq”, – o deyib.