“Fələstinin Qəzza zolağının əhalisinə humanitar yardımın çatdırılması HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında zolaqda atəşkəs barədə razılığa gəlmədən bərpa oluna bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
“İsrail tərəfi HƏMAS ilə müqavilə bağlamadan belə anklavın əhalisinə humanitar yardım axınını bərpa etməyə hazırdır. Sektora humanitar yardımların çatdırılması prosesinin yeni üsulla aparılacağı, onların radikal hərəkat tərəfdarlarının əlinə keçə bilməyəcəyi də bildirilir. Bu məsələ ilə bağlı yekun qərarı İsrail tərəfi siyasi səviyyədə qəbul və təsdiq etməlidir”, – məlumatda bildirilib.