Xəbərlər

QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant qalibləri ilə görüş keçirəcək

2025-ci il aprelin 3-də saat 14:00-da Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçiriləcək.

“Füyuzat”ın QHT.az-a istinadən məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının və aidiyyəti dövlət qurumlarının məsul şəxslərinin iştirakı nəzərdə tutulur.

Görüşdə yalnız qrant müsabiqələrinin qalibi olan qeyri-hökumət təşkilatlarının hər birindən bir nəfər – rəhbər şəxs iştirak edə bilər.

Qeyd edək ki, Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu da orta qrant müsabiqəsi kateqoriyasında qalib olub.