“Tacikistanla sərhədin delimitasiyası çərçivəsində Qırğızıstan münaqişəli vəziyyətlərin yarandığı əraziləri mübadilə edib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan prezidenti Sadir Japarov müsahibəsində bildirib.
O, fevralın 21-də Tacikistanla sərhədlərin delimitasiyası ilə bağlı imzalanmış sənədi şərh edərkən deyib: “Torpaq mübadiləsi zamanı hər iki tərəf strateji məqsədləri rəhbər tutmayıb. Biz qarşılıqlı əsasda münaqişəli əraziləri mübadilə etmişik”.