Xəbərlər

Qızıl Aypara: Qəzzada ərzaq ehtiyatları tamamilə tükənib

“Qəzza zolağında yardım paylama mərkəzləri və bazarlarda ərzaq ehtiyatları tükənib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin Qızıl Aypara Cəmiyyətinin (PRCS) hesabatına istinadən məlumat yayıb.

“Qəzzada ərzaq vəziyyəti son 19 ayın ən pis vəziyyətindədir. Ərzaq ehtiyatları həm bazarlarda, həm də yardım paylama mərkəzlərində sürətlə tükənir. Fələstin anklavının əhalisi həddindən artıq aclıq riski ilə üz-üzədir. 1 milyondan çox qaçqın və köçkün hətta minimum gündəlik ərzaq ehtiyaclarını belə ödəyə bilmir”, – məlumatda bildirilib.